Azərbaycan Qlobal kibertəhlükəsizlik indeksində 193 ölkə arasında 48-cidir

20 İyun 2017 10:26

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Qlobal kibertəhlükəsizlik indeksində 0,559 balla 48-ci yeri tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan bu göstərici ilə postsovet ölkələrindən Ukrayna (59-cu yer), Moldova (73), Qazaxıstan (83), Tacikistan (91), Özbəkistan (93), Qırğızıstan (97), Ermənistan (111) və Türkmənistanı (132) qabaqlayıb.

İlk beşliyə Sinqapur, ABŞ, Malayziya, Oman və Estoniya daxildir.

İndeks ümumilikdə 193 ölkənin göstəricilərini əhatə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində