Əməkdar artist nənə oldu - FOTO

20 İyun 2017 10:25

Əməkdar artist Bəsti Sevdiyeva nənə olub.

Axşam.az xəbər verir ki, muğam ifaçısının qızı Aytacın övladı dünyaya gəlib. B.Sevdiyevanın qız nəvəsi Şimali Kipr Türk Cümhuriyyətində doğulub. 

Sevincini bölüşən B.Sevdiyeva "Bu hissin hər ailədə yaşamasını diləyirəm. Hazırda Şimali Kiprdəyəm. Məni təbrik edən, ailəmizin sevincini paylaşan hər kəsə təşəkkür edirəm" deyib.

Körpəyə Esilyanur adını qoyublar. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində