Bakıda inək kişini ağır yaraladı

20 İyun 2017 09:57

Bakının Binəqədi rayonunda yaşlı kişini inək vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Qədimov Elyas Səyyad oğlu "Baksol yolu" ilə piyada gedərkən ona yanında sahibi olmayan inək hücum edib.

Nəticədə kişi qarnının ön divarı və döş qəfəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində