Əfsanə qayıdır

20 İyun 2017 09:24

"Real" keçmiş hücumçusu Raulu geri qaytarmaq istəyir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "AS" nəşri bu iddia ilə çıxış edib.

"Kral klubu"nun və İspaniya millisinin əfsanəvi futbolçusu bu dəfə inzibati vəzifədə olacaq.
 
Deyilənə görə, Raul iyulun 3-də rəsmən yeni vəzifəsində təqdim olunacaq. O, bundan sonra "Real"da baş direktor Xose Anxel Sançesin müavini kimi fəaliyyət göstərəcək.
 
Qeyd edək ki, Raul 2015-ci ildə aktiv karyerasını başa vurub və həmin dövrdən bəri ailəsi ilə birgə ABŞ-da yaşayır. O, 1994-cü ildən 2010-cu ilə qədər Madrid klubunda top qovub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində