Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb

19 İyun 2017 21:50

2016-cı ilin sonunda bütün dünyada məcburi köçkünlərin sayı 65,6 milyon nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2016-cı il üzrə açıqladığı hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, bu rəqəm bu günədək qeydə alınan ən yüksək göstəricidir.

2015-ci ildə bütün dünyada məcburi köçkünlərin sayı 65,3 milyon nəfər olub.

Milli.Az