Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb

19 İyun 2017 20:36

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 1,53 milyard manat olub.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu il heyvandarlıqda istehsal 2,3 faiz, bitkiçilikdə isə 0,1 faiz artıb.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində