"Juventus" gənc futbolçunun transferinə yaxındır

19 İyun 2017 20:30

"Lazio"nun yarımmüdafiəçisi Keyta Balde "Juventus"a keçməyə yaxındır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı havbek "qoca senyora" ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Onun paytaxt klubu ilə müqaviləsi 2018-ci ildə başa çatmalıdır. Bu səbəbdən futbolçu Turin təmsilçisi ilə birbaşa danışıqlar apara bilməz.

Transferə görə "Juventus"un 50 milyon avro ödəyəcəyi ehtimal olunur. Ötən mövsüm Balde 34 oyunda meydana çıxıb və 16 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, "Barcelona"nın yetirməsidir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində