Almaniyada dəmir yollarında qatarlar ləngiyir - SƏBƏB?

19 İyun 2017 17:00

Almaniya polisi dəmir yollarında baş vermiş 12 yanğın hadisəsi ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Leyptsiq, Drezden, Hamburq, Berlin və Dortmundda baş vermiş yanğınlarla əlaqədar qatarların hərəkətində ləngimələr qeydə alınıb.

Qeyd olunur ki, yanğınlar yollardakı siqnal qurğularına və kabellərə ziyan vurub.

Hüquq-mühafizə orqanları bu yanğınların bir-biri ilə əlaqəli olduğunu istisna etmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində