2 nəfər istidən öldü - İspaniyada

19 İyun 2017 16:09

Pireney yarımadasında hökm sürən şiddətli istilər insan itkisinə səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İspaniyada iki nəfər günvurma nəticəsində həyatını itirib.

Bundan başqa, Kataloniya regionunda 150-yə yaxın adam xəstəxanaya müraciət edib.

Qeyd olunur ki, İspaniyanın 22 əyalətində temperatur 40 dərəcədən artıqdır.

Yerli meteoroloqların proqnozuna görə, bu cür temperaturun yaxın günlərdə davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində