Rusiyalı həmsədr: "Qəbul edəcəyimiz bəyanatda cəbhədə yaranmış vəziyyəti əks etdirəcəyik"

19 İyun 2017 15:47

""Həmsədrlərin Azərbaycana səfəri ərəfəsində baş verən bu ciddi atəşkəs pozuntusu dərin təəssüf hissi doğurur".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib".
 
"Biz səfərimizin yekunu olaraq qəbul edəcəyimiz bəyanatda bu vəziyyəti əks etdirəcəyik", - deyə o vurğulayıb.
 
Qeyd edək ki, son günlər cəbhədə vəziyyət gərginləşib, hər iki tərəf itki verib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində