"Cənub-Qərb" nəqliyyat dəhlizi layihəsi üzrə protokol imzalanıb - FOTO

19 İyun 2017 15:03

Bu gün Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşa "Cənub-Qərb" nəqliyyat dəhlizi layihəsi üzrə görüşün nəticələrinə dair yekun protokol imzalayıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sənədi adı çəkilən ölkələrin dəmir yolu qurumları rəhbərləri imzalayıblar: Cavid Qurbanov, Səid Mohammadzadə, Mamuka Baxtadze, Voytsex Balçun və Kşiştof Maminski.

Protokola "Cənub-Qərb" marşrutunun katiblik və əməliyyat işçi mərkəzinin yaradılması, əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Sənədə əsasən "Cənub-Qərb" nəqliyyat dəhlizi üzrə beş ölkə arasında əlaqələndirmə işləri "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən həyata keçiriləcək.

Layihə üzrə işçi qrup Tehranda yerləşəcək.

Protokolda həmçinin qeyd edilib ki, layihə üzrən Əlaqələndirmə Komitəsinin görüşü sentyabrda Odessada keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində