10 yaşlı proqramçı dünyanı şoka saldı - 6 yaşından sayt yığır - FOTO

19 İyun 2017 23:20

"Apple" firmasının keçirdiyi konfransda dünyanın dörd bir yanından 5 mindən çox proqramçı iştirak edib.

Milli.Az xəbər verir ki, konfransın ən kiçik iştirakçısı Avstraliyanın Melburn şəhərində yaşayan 10 yaşlı Yuma Soerianto olub.

10 yaşlı Yumanın bu günə qədər 5 proqram yığdığı deyilib. Həmçinin kiçik proqramçının "Youtube" sosial şəbəkəsində istifadəçilərə proqram yığmağın sirrlərini öyrətdiyi kanalı da var.

6 yaşından proqram və sayt yığmağa başlayan Yumo çoxsaylı proqramlaşdırma oyunları izlədiyini deyib.

Yuma öz üzərində işləyərək gələcək üçün dünyada inqilab yaradacaq proqramlar hazırlamaq istədiyini qeyd edib. (publika.az)

Milli.Az