Tailandda PARTLAYIŞ: hərbçilər həlak oldular

19 İyun 2017 11:40

Tailandın cənubunda Pattani əyalətində baş vermiş partlayış 5 hərbçinin həyatına son qoyub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində daha 4 hərbçi yaralanıb.

Məlumatda qeyd olunur ki, bomba hərbçiləri aparan avtomobil yoldan keçərkən uzaqdan idarəetmə ilə partladılıb.

Tailand təhlükəsizlik orqanları bölgədə axtarışlara başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində