Azərbaycanda 4 bal gücündə zəlzələ oldu

19 İyun 2017 11:13

Ucarda zəlzələ olub.

Milli.Az bu barədə report-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 17:41:13 - də Zərdab stansiyasından 32 km şimal-qərbdə, Ucar ərazisində zəlzələ qeydə alınıb. 

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.
Təkanların maqnitudası 4.4, dərinliyi 34 km olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində