"Röyanın sevgilisi kimdir?" - VİDEO

19 İyun 2017 11:32

İnsanlara hər zaman maraqlı olacaq ki, Röyanın sevgilisi kimdir? Yoxdur, hələ axtarışdayam.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Röya Ayxan "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.

Müğənni özünü türkiyəli ifaçı Ajda Pekkanla müqayisə edib:

"Röya qocalıb. Adama deyərlər, get otur evdə. Mənim ayaqlarım Ajda Pekkanınkı kimi dayanıb. İndi meydan gənclərindir. Gəlirlər ey, ay Röya getdin".

Röya filmə çəkiləcəyini də söyləyib:

"Filmlə bağlı İlham Qasımovdan məlumat alın. Heç nə deyə bilmərəm. Mən komediya filmində oynamaq istəmədim. Ona görə də burada dedektiv, drama var. İranlı rejissor Babəklə çalışacağıq".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində