Azərbaycan Ordusu 23 minlik şəxsi heyətlə hərəkətə keçdi - VİDEO

19 İyun 2017 11:12

İyunun 19-da qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Silahlı Qüvvələrdə genişmiqyaslı təlimlər başlayıb

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində