Kıvanç Tatlıtuğun fanatlarına pis xəbər

19 İyun 2017 10:28

Bu həftə final edəcək "Cesur ve Güzel"in baş qəhrəmanı Kıvanç Tatlıtuğ gözlənilməz qərar verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, serial bitəndən sonra ekranlardan uzaqlaşacaq.

Hazırda hər seriyadan 120 min lirə qazanan Kıvanç il yarım heç bir layihədə yer almayacaq. Yayda ABŞ-a gedərək orada bir filmdə çəkilməyə hazırlaşan aktyor Türkiyəyə döndükdən sonra reytinq yarışının olmadığı, 40-60 dəqiqəlik internet serialında rol alacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində