«Pepsi-Cola» 200-dək ölkədə satışını dayandıracaq
18 Mart 2010 11:10
"The Wall Street Journal" yazır ki, şirkət kalorili qazlı suyun əvəzinə orta məktəblərdə yağsızlaşdırılmış süd və tərkibində şəkər olmayan şirə satacaq. "Pepsi-Cola" bu qərarı ABŞ-ın birinci ledisi Mişel Obamanın istehsalçılara bu günlərdə etdiyi müraciətindən sonra verib. Xatırladaq ki, xanım Obama istehsalçıları uşaq auditoriyası üçün məhsullarda yağ, duz və şəkərin azaldılmasına, zərərli məhsulların uşaqlar üçün satışını məhdudlaşdırmağa çağırıb.
Milli.Az