20 yaşlı qız dərmandan zəhərlənib

18 İyun 2017 23:00

Gəncədə dərman zəhərlənməsi olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1997-ci il təvəllüdlü Rövşanə Məmmədova dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin normal olduğu bildirilir. R. Məmmədovanın hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.

Milli.Az