Ağacdan gilas yığarkən yerə düşüb, xəsarət alıb

18 İyun 2017 22:55

Meyvə yığmaq istəyən Tovuz sakini ağacdan yıxılaraq xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kənd sakini 1962-ci il təvəllüdlü Səmədov Aslan Abdulləli oğlu həyətində olan ağacdan gilas yığarkən yerə düşüb. Bədən xəsarətləri alan A. Səmədov Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin kafi olduğu bildirilir.

Milli.Az