Türkiyədə PKK-çılara qarşı əməliyyatda 1 əsgər şəhid olub, 2-si yaralanıb

18 İyun 2017 21:45

Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 1 əsgər şəhid olub, 2-si yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Tunceli vilayətində baş verib.

Yaralıların xəstəxanaya çatdırıldığı, həyatlarına təhlükə olmadığı bildirilir. Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

Milli.Az