Portuqaliya-Meksika oyununda 4 qol vuruldu

18 İyun 2017 20:55

Bu gün FİFA Konfederasiyalar Kuboku - 2017-də növbəti oyunlar keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, A və B qruplarının hərəsində bir matç baş tutacaq. 

Dünən keçirilən açılış oyunundan sonra A qrupunun ikinci qarşılaşmasında Portuqaliya Meksika ilə üz-üzə gəldi. Turnirə Avropa çempionu kimi qatılan və əsas favoritlərdən biri olan Portuqaliya millisinin hazırkı iştirakçılar arasında bu yarışın yeganə qalibi olmuş Meksika ilə oyununun gərgin mübarizə şəraitində keçdi.
 
Günün ikinci matçında isə B qrupunun iştirakçıları Amerika kubokunun birincisi Çili Afrika Millətlər Kubokunun sahibi Kamerunla münasibətlərinə aydınlıq gətirəcək.
 
Qeyd edək ki, turnirin açılış matçında Rusiya Yeni Zelandiyanı məğlub edib - 2:0.
 
FİFA Konfederasiyalar Kuboku - 2017
18 iyun
 
A qrupu
Meksika - Portuqaliya - 2:2
Qollar: Havier Ernandez, 42, Hektor Moreno - 90+1 - Rikardo Quarejma, 35, Sedrik Soares, 86

Portuqaliya: Rui Patrisio, Sedrik, Pepe, Fonte, Gerrero, Villam Karvalyo, Andre Qomez, Moutinyo, Quarejma, Nani, Ronaldo
Meksika: Oçoa, Salsedo, Dieqo Reyes, Moreno, Layun, Quardado, Conatan Dos Santos, Errera, Karlos Vela, Raul Ximenez, Ernandez
 
B qrupu
22:00. Kamerun - Çili

Milli.Az