Tottinin gələcəyi ilə bağlı QƏRAR

18 İyun 2017 15:54

Françesko Totti "Roma"da qalmaq qərarına gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, əfsanəvi futbolçu klubun inzibati strukturunda vəzifə tutacaq. Bu barədə "Corriere dello Sport" məlumat yayıb. 40 yaşlı futbolçu mayda butslarını mismardan asacağını birmənalı söyləməmişdi. İdman mediası onun Amerikada "Miami" klubuna gedə biləcəyini yazmışdı. Totti "Genoa" ilə oyundan (3:2) sonra vida məktubunu azarkeşlərə oxumuşdu. O, hazırda ailəsi ilə Yunanıstanda istirahət edir. Françesko iyunun sonunda Romaya qayıdacaq və idman direktoru Ramn Monçi ilə masa arxasına oturacaq. Onun kluba menecer təyin olunmaq ehtimalı böyükdür. 

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində