Şabranda YANĞIN

18 İyun 2017 14:33

Şabranda yanğın baş verib.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Şabran rayonu, Leyti kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin evin dam örtüyünün və 2 otağının yanar konstruksiyaları 60 m2 sahədə yanıb.

Yanğından evin qalan hissəsi mühafizə olunub.

Yanğın saat 03:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində