Sevgilisi ilə Bodrumda dincəlir

18 İyun 2017 13:09

Türkiyəli müğənni Deniz Seki 2,5 il həbsxanada qaldıqdan sonra iyunun 5-də azadlığa çıxıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki,  ifaçı nişanlısı Faruk Salmanla Bodrumda istirahətə yollanıb. Cütlük ötən axşam otel yaxınlığındakı limanda görüntülənib. Seki şam yeməyi zamanı tez-tez əllərini göyə qaldırıb "Allahım sənə şükürlər olsun" deyib. 

Faruk Salman isə "Səni sevirəm" deyə qışqırmağa başlayıb. 

Milli.Az