Türkiyədə 590 əsgər zəhərləndi - 19 nəfər tutuldu

18 İyun 2017 11:56

Bu gecə Türk Silahlı Qüvvələrinin 500 əsgəri zəhərlənib.

Milli.Az xəbər verir ki, hadisə Manisa şəhərində Piyada Təhsil Briqadasında baş verib. Briqadanın əsgərləri gecə yeməyindən az sonra ürək bulanması və qusma diaqnozu ilı təcili xəstəxanalara aparılıb.

Hadisədən dərhal sonra Türk Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı Saleh Ağıllı Çolaq və Müdafiə Naziri Fikri İşıq hadisə yerinə gəlib. Məlum olub ki, yeməkdən sonra 590 əsgər səhhətində narahatlıq hiss edib, 372 əsgər isə xəstəxanalara aparılıb.

Müdafiə naziri Fikri İşıq əsgərlərin həyatına təhlükə olmadığını bildirib və əlavə edib ki, əsgərləri yeməklə təmin edən şirkətlə müqavilə ləğv edilib.

Ən sonda isə bəlli olub ki, hüquq-mühafizə orqanları Piyada Təhsil Briqadasını yeməklə təmin edən şirkətin 19 əməkdaşını həbs edib./teleqraf.com

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində