Bal ayı üçün Maldivi seçdilər

18 İyun 2017 11:09

Üç ildir birlikdə olan Burak Özçivitlə Fahriye Evcen cütlüyü iyunun 29-da evlənməyi planlaşdırır.  

Milli.Az axşam.az-a istinadən bildirir ki, 500 insanın dəvət olunduğu toyun səhəri günü cütlük bal ayına yollanacaq. Burak və Fahriyə bunun üçün Maldivi seçiblər. 

Burakın çəkilişləri olduğu üçün onlar yalnız dörd gün dincələ biləcəklər. Daha sonra Özçivit "Kardeşim benim 2" filmi üçün kameralar qarşısına keçəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində