Əfqanıstanda Pakistanın iki diplomatı itkin düşdü

18 İyun 2017 10:42

Əfqanıstanda iki pakistanlı diplomat itkin düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatlar Pakistanın Cəlilabaddakı konsulluğunda çalışıblar və cümə günü  Pakistana qayıdarkən itkin düşüblər. Pakistan Əfqanıstan hökumətindən diplomatların tezliklə tapılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün səyləri artırmağı xahiş edib. 

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində