İranda terrorçu qrup məhv edildi

18 İyun 2017 09:46

İranın Hörmüzgan şəhərində 4 nəfərdən ibarət terrorçu qrup məhv edilib.

Milli.Az xəbər verir ki, bu barədə məlumat verən Hörmüzgan əyalətinin polis rəisi Əzizullah Mələki bildirib ki, terrorçu qrup daxil olan məlumata əsasən izlənilib. Onlar şəhərdə terror aktları törətmək üçün plana malik olublar. Saxlanılan zaman polisə müqavimət göstərən qrup məhv edilib. Onların üzərindən 4 avtomat və partladıcı maddə, həmçinin İŞİD terror qruplaşmasının bayrağı aşkar edilib. Terrorçulardan ikisi xarici ölkə vətəndaşıdır. Polis onların hansı ölkəyə mənsub olduqlarını açıqlamayıb.

Faktla bağlı araşdırma aparılır./teleqraf.com

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində