"Rusiya Avropa ilə birlikdə olmağa hazırdır" - Putin

18 İyun 2017 09:16

"Rusiya Avropa ilə birlikdə olmağa hazırdır. Bunu vaxtı ikən ötən gün vəfat etmiş Almaniyanın sabiq kansleri Helmut Kol da arzulamışdı".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin  deyib.  

"Kol deyirdi ki,  əgər biz güc qüvvələrinin daim böyüdüyü dəyişkən dünyada bəşəriyyətimizi qorumaq istəyiriksə, bu halda Avropa və Rusiya birlikdə olmalıdırlar", - deyə Putin bildirib.  
 
"Biz buna hazırıq, bizim tərəfdaşlar da buna hazır olmalı, keçmişin fobiyalarından qurturmalıdırlar", deyə Putin qeyd edib.  
 
Almaniyanın sabiq kansleri Helmut Kol iyunun 16-da 87 yaşında vəfat edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində