Maduro "Twitter"i "faşizm"də ittiham etdi

18 İyun 2017 09:00

Venesuela lideri Nikolas Maduro "Twitter" sosial şəbəkəsini "faşizm"də ittiham edib.

Milli.Az report.az-a istinadən bildirir ki, buna sosial şəbəkə tərəfindən ölkə hakimiyyəti ilə əlaqəli akkauntların əngəllənməsi səbəb olub.

Maduro bununla belə tərəfdarlarına müraciət edərək ölkədə baş verən etirazların işıqlandırılması üçün "Twitter"dən istifadəni davam etdirməyə çağırıb.

"Əgər onlar min akkauntu bağlayıblarsa, biz onun əvəzinə gənclərimizlə bərabər on min akkaunt açacağıq. Sosial mediada mübarizə çox vacibdir", - deyə ölkə prezidenti bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində