Dani Alveş "Mançester Siti"nin hədəfində

18 İyun 2017 10:08

"Yuventus"un müdafiəçisi Dani Alveş karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu "Mançester Siti"yə keçməyə yaxındır. "Şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola sabiq futbolçusunu sərəncamında görmək istəyir.

34 yaşlı Alveş Turin klubunun ona yeni müqavilə təklif etməməsindən narazıdır. Bu, onun "Siti"yə keçməsi üçün əsas səbəblərdən biridir.

Qeyd edək ki, Alveşlə bir neçə il "Barselona"da Qvardiolanın rəhbərliyi altında oynayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində