Qahirədə partlayış baş verib: 1 polis ölüb, 4-ü yaralanıb

18 İyun 2017 08:31

Misirin paytaxtı Qahirədə polis əməkdaşlarını daşıyan avtomobilin yaxınlığında partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 1 polis əməkdaşı həlak olub, 4-ü isə yaralanıb.

Məlumata əsasən, yaralananların hamısı xəstəxanaya yerləşdirilib.

Milli.Az