Portuqaliyada meşə yanğınları - 62 ölü - YENİLƏNİB

18 İyun 2017 17:22

17:22

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Publico" nəşri daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən məlumat yayıb.
 
Bundan əvvəl meşə yanğınları nəticəsində 57 nəfərin öldüyü, 59 nəfərin yaralandığı açıqlanmışdı. 

----------

14:12

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb, 59 nəfər xəsarət alıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Publico" nəşri daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən məlumat yayıb.
 
Xəsarət alanlardan 5-in durumu ağırdır. İlkin məlumata görə, 30-a yaxın şəxs avtomobillərlə fəlakət zonasından çıxmağa cəhd edərkən ölüb.
 
Qeyd edək ki, bundan əvvəl  meşə yanğınları nəticəsində 43 nəfərin öldüyü, 59 nəfərin xəsarət aldığı açıqlanmışdı. 

-------------

12:34

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Publico" nəşri daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən məlumat yayıb.
 
Bundan əvvəl  meşə yanğınları nəticəsində 39 nəfərin öldüyü, 59 nəfərin xəsarət aldığı açıqlanmışdı. 

-----------

11:40

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, 59 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Publico" nəşri daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən məlumat yayıb.

Bundan əvvəl meşə yanğınları zamanı 24 nəfərin öldüyü açıqlanmışdı.
 
Qeyd edək ki, şənbə günü ölkənin bir sıra regionlarında temperatur 40 dərəcəyə çatıb. Meşə yanğınları Pedroqan-Qrandi bələdiyyəsində başlayıb. Yanğın sürətlə yayılıb, bir neçə yaşayış məntəqəsini əhatə edib. 

-----------

08:04

Portuqaliyanın mərkəzində 24 nəfər meşə yanğınlarının qurbanı olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Portuqaliyanın baş naziri Antoniu Koşta deyib.

Əvvəl bildirildi ki, 19 nəfər həlak olub.

Ölənlərin 3-ü tüstüdən boğularaq, 16-sı isə öz avtomobillərində yanaraq ölüblər.

"Biz 19 nəfərin ölümünü təsdiq edirik. Onlar hamısı mülki şəxslər idi. Ölənlərin 3-ü tüstüdən boğularaq ölüb, 16-sı isə Fiqeyro-duş-Vinyuşdan Katanyera-de-Peraya gedən yolda avtomobillərində yanaraq ölüblər", - bunu jurnalistlərə daxili işlər üzrə dövlət katibi Xorxe Qomes deyib.

Milli.Az