London metrosunda hərəkət qismən dayandırılıb

18 İyun 2017 07:50

London metrosunun iki xəttində insanların üzərinə yanan binanın dağıntılarının düşməsi hallarının qarşısı alınması üçün hərəkət qismən dayandırılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, iki xəttə Ecver-rouddan Hammersmitə qədər stansiyalar bağlanıb.

London yanğın xidmətindən bildirilib ki, yanan binananın yaxınlığında yerləşən stansiyaların sərnişinləri və platformada gözləyən sərnişinlər üçün "müvəqqəti təhlükə" mövcuddur.

Qeyd edək ki, iyunun 14-nə keçən gecə Londonda 24 mərtəbəli "Grenfell Tower" yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində azı 30 nəfər həlak olub, 58 nəfərin itkin düşdüyü bildirilir. Hazırda xəstəxanalarda 24 nəfər müalicə alırş Onlardan 12-si hələdə reanimasiyadadır.

Milli.Az