"Mənim də şahzadəm var" - Sevda

17 İyun 2017 21:47

"Ağlım səndə" adlı yeni mahnısını ərsəyə gətirən müğənni Sevda Yahyayeva "ağ atlı şahzadə"sini gözlədiyini etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Xəzər Maqazin"ə danışan ifaçı bunları deyib:
 
"Hər bir qızın, oğlanın ağlında görmək istədiyi şahzadəsi var. Eynilə də mənim. Arzu edirəm ki, hər insanın xəyalındakı şahzadə xəyallarda qalmasın".

Qeyd edək ki, "Ağlım səndə" mahnısının musiqisi Pərviz Mahmudovun, sözləri Nadoya, aranjiman Rəşad Bağırova məxsusdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində