Bərdədə qədim abidə aşkarlanıb - VİDEO

17 İyun 2017 20:56

Bərdə rayonunda əkin sahəsindən 2500 ilə yaxın yaşı olan abidə parçası -daş tapılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, üzərində qeyri-adi yazılar və rəqəmlər olan daş Bərdənin Soğanverdilər kəndində subartezian quyusunun yaxınlığında aşkarlanıb. Maddi mədəniyyət nümunəsi araşdırılmaq məqsədilə Bərdə Tarix və Diyarşünaslıq Muzeyinə təhvil verilib.
Qədim daşının üzərindəki işarələrin oxunması üçün Milli Elmlər Akademiyasının tarixçi alimlərinə müraciət edilib. Hələlik yazını müəyyənləşdirmək mümkün olmayıb. Tarixçilərin ilkin araşdırmasına görə, bu daşın yaşı 2500 ilə yaxındır.
Daşın çəkisi təqribən 500 kiloqrama yaxındır. Onun daha ətraflı araşdırılması üçün Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən aidiyyəti qurumlara məlumat verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Bərdə rayonunda qədim abidə aşkarlanıb