Fermerlərin Bakıya gətirdikləri məhsullar xarab olur - VİDEO

17 İyun 2017 20:52

Rayondan gətirdikləri məhsullarını Bakıda satmağa yer tapmayan kəndlilərin malları xarab olur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, uzun müddətdir hər həftənin sonu məhsullarını Xətai rayonunda yerləşən yarmarkanın ətrafında satsalar da ötən gündən bu qadağan edilib.
Kəndlilər deyir ki, artıq 2 gündür yük maşınlarında qalan tonlarla məhsul məhv olur.
Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Murtuzəli Hacıyevin sözlərinə görə, nazirlik tərəfindən yalnız yarmarka çadırının altında satış təşkil edilir ki, Xətai rayonunda da bu ərazi tam şəkildə dolub. Yarmarkanın ətrafında satışın təşkili isə nazirliyin səlahiyyətində deyil.
Satıcılar onlara belə bir təklifin edilmədiyini və Bakıda getdikləri bütün yarmarkaların dolu olduğunu bildirirlər.
Xətai rayon Mənzil Komunal Təsərrüfatı Birliyinin nümayəndəsi Firuz Nuri isə yarmarkanın ətrafında yaşayan sakinlərin şikayətindən sonra bu ərazidə küçə ticarətinin qadağan edildiyini bildirir.
Hər bir halda reallıq ondan ibarətdir ki, kəndlilərin min bir əzab-əziyyətlə yetişdirdikləri və Bakıya gətirdiyi tonlarla məhsul avtomobillərdə qalaraq xarab olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Fermerlərin satış üçün Bakıya gətirdikləri məhsullar xarab olur