Azərbaycanda yayın başlama vaxtı dəqiqləşdi

17 İyun 2017 16:51

Azərbaycanda yay fəslinin başlama vaxtı açıqlanıb. 

Milli.Az-ın məlumatına görə, AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev report-a açıqlamasında bildirib ki, 20 mart Bakı vaxtı ilə saat 14.29-dan Azərbaycana qədəm qoyan yaz fəsli 21 iyun saat 08:24-dən etibarən yay fəsli ilə əvəz olunacaq.

O bildirib ki, payız sentyabrın 22-dən 23-ə keçən gecə saat 00.02-də, qış isə 21 dekabr saat 10.28-də gələcək.

Milli.Az