Dünya çempionatında uğursuz start - FOTO

17 İyun 2017 16:38

İyunun 15-23 aralığında Yaponiyanın paytaxtı Tokioda kişilər və qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı keçirilir.

Milli.Az Ağır Atletika Federasiyasına istinadən xəbər verir ki, yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Onlardan Kənan Xəlilov və Məhəmməd Məmmədli 62 kq çəki dərəcəsində mübarizəyə qoşulublar.

Toplam 250 kq (120+130) nəticə göstərən Kənan Xəlilov bu çəki dərəcəsində 12-ci, toplam 260 kq (115+145) nəticə göstərən Məhəmməd Məmmədli isə 9-cu yeri tutub.

Mili.Az