Masallıda silahlı insident: ölən və yaralananlar var - YENİLƏNİB
18 Mart 2010 14:14
Masallı rayon prokurorunun müavini Vaqif Bayramovun Milli.Az-a verdiyi
məlumata görə, Zahidə Ağayeva cərrahiyyə əməliyyatı zamanı dünyasını
dəyişib. Hadisənin hansı zəmində baş verməsi isə hələlik məlum deyil.
Faktla
bağli Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha arrtıq şəxsi
öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb, istintaq
aparılır.
10:51
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə saat 22:00 radələrində Masallı rayonu Şərəfə kəndində baş verib. Kənd sakini 55 yaşlı Abbas Abbasov münaqişə zəminində 49 yaşlı Zahidə Ağayeva, 21 yaşlı Xəzər Abbasov və 55 yaşlı Hüseyn Abbasovu odlu silahdan atəş açaraq yaralayıb. Hər üç yaralı təcili olaraq Masallı rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstəxananın həkimi Faiq Əliyev Milli.Az-a bildirib ki, yaralılar cərrahi əməliyyat olunublar. Z.Agayevanın vəziyyəti agırdır.
A.Abbasov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Anar Məmmədov
Milli.Az