AFFA Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı verib

17 İyun 2017 12:35

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) qurumun ilk prezidenti Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı verib. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, başsağlığı mətni milli assosiasiyanın rəsmi saytında yerləşdirilib. 

Mətndə deyilir: "AFFA rəhbərliyi ölkə futbol ictimaiyyəti adından AFFA-nın sabiq prezidenti Fuad Musayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"

Qeyd edək ki, Fuad Musayev 1992 - 2003-cü illərdə AFFA-nın prezidenti olub. O, ötən gün Rusiyanın paytaxtı Moskvada 79 yaşında ikən vəfat edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində