Bakıda 46 yaşlı kişini baldızları və xalaları döydülər

17 İyun 2017 10:23

Bakıda döyülmə hadisəsi baş verib.

Milli.Az report-a xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Qənbər Vəzirov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində ailə münaqişəsi zəminində mübahisə baş verib. Mübahisə dava ilə sonuclanıb. Nəticədə 1971-ci il təvəllüdlü Yusifov Rasim Həşim oğlu baldızları və xalaları tərəfindən döyülüb.

O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində