ABŞ esminesi yük gəmisi ilə toqquşdu: yaralılar var - VİDEO

17 İyun 2017 10:27

Yaponiya yaxınlığında ABŞ-ın "USS Fitzgerald" esminesi ilə Filippinə məxsus yük gəmisi toqquşub.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, toqquşma nəticəsində 4 nəfər xəsarət alıb, 7 nəfər itkin düşüb.

Məlumatı ABŞ Hərbi-Dəniz Qüvvələri də təsdiqləyib.

Yaralılardan biri "USS Fitzgerald" esminesinin kapitanıdır. O və daha üç hərbçi ABŞ Hərbi Dəniz Qüvvələrinin hospitalına çatdırılıb. Onların vəziyyətlərinin sabit olduğu bildirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

ABŞ esminesi yük gəmisi ilə toqquşdu: Yaralılar var

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində