Sumqayıtda köşk yandı

17 İyun 2017 09:24

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 m2 olan taxtadan ibarət köşkün yanar konstruksiyaları yanıb.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı elektrik lövhəsi və tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində