Dünyanın nadir hadisələrindən biri: övladını özü böyütdü - FOTO

17 İyun 2017 13:02

Erkək aslanlar dünyanın ən təhlükəli yırtıcılarından biri olmaqla yanaşı, atalıq duyğularının zəifliyi ilə seçilən məxluqdur. Lakin istisna artıq var.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltənəin Bləkpul şəhərindəki zooparkda saxlanan Uolles adlı erkək aslan oğlu Harini özü böyüdüb.

Harinin anası Reyçel iki il əvvəl öldü. 7 aylıq Hari atası ilə volyerdə qalmışdı. Zoopark əməkdaşları balaca Harini atasından ayırmaq istəyirdilər, çünki erkək aslanlar balalarına qarşı çox aqressiv olurlar.

Uolles isə hamını təəccübləndirib. O, oğlunu bəsləməyə, böyütməyə başlayıb.

Beləcə, Hari atası Uolleslə qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində