Tovuz sakini döyüldü

17 İyun 2017 08:58

Tovuzda döyülmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Dönük Qırıqlı kənd sakini 1990-cı il təvəllüdlü Mədətov Hikmət Fikrət oğlu müxtəlif bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Sərxoş olan H. Mədətov yaşadığı kənddə bir neçə nəfər tərəfindən döyüldüyünü deyib.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində