Türkiyədə 69 hərbiçi zəhərləndi

17 İyun 2017 08:53

Türkiyənin Manisa vilayətində təxminən 70 hərbçi zəhərlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, şam yeməyindən sonra yerli mərkəzi xəstəxanasına 69 hərbçi müraciət edib.

Hərbiçilər özlərini pis hiss etdiklərini bildiriblər. Onların hamısı xəstəxanaya yerləşdirilib, onların vəziyyəti sabit kimi qiymətləndirilir, deyə xəstəxananın nümayəndəsi bildirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində