"Sevgililərimdən biri mənə dedi ki..."

16 İyun 2017 23:57

Müğənni Sinan Akçıl qonağı oldu şou proqramlarından birində özü ilə bağlı maraqlı açıqlama verib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, geyim və evə qayıtmaq məsələsində sevgililərinin bütün işlərinə qarışdığını etiraf edən ifaçı bunları deyib:

"10 il əvvəl sevgililərimdən biri mənə dedi ki, "sən xaricdən Riki Martinə, daxildən isə Kadir İnanıra oxşayırsan". Mən sərt kişiyəm". 

Sinan "Müğənni olmasaydın, kim olardın" sualına belə cavab verib: 

"Reklamçı, yaxud qəssab olardım. Qəssabları seyr etməyi çox sevirəm. Gələcəkdə isə siyasətçi, millət vəkili olmaq istəyirəm. Həmişə siyasi verilişlər izləyərək yatıram. Cavanların problemləri ilə maraqlanan nazirlik yaranmasını istəyirəm".

Milli.Az