"İlin məşhur atası" seçildi - ilk 5-lik

16 İyun 2017 23:45

Türkiyədə saytlardan birinin keçirdiyi "2017-ci ilin ən məşhur atası kimdir?" sorğusunun nəticələrini elan edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sorğuya əsasən bu ilin ən məşhur atası aktyor Halit Ergenç olub. Şəxsi həyatını gözlərdən uzaqda yaşayan aktyor 34% səslə "İlin ən məşhur atası" olub. 

İkinci yerin sahibi isə hazırda aktrisa Ceyda Düvenci ilə uşağının dünyaya gəlişini gözləyən aktyor Bülent Şakrak olub. O, Ceydanın əvvəlki nikahından olan, serebral iflic xəstəsi qızı Melisya atalıq edir.

Üçüncü yeri isə subay, ancaq oğluna hər zaman vaxt ayıran aktyor Cem Yılmaz tutub. Dördüncü və beşinci yerlərdə isə basketbolçu Mehmet Okur və müğənni Emre Altuğ qərarlaşıb.

Milli.Az